BMT fələstinli uşaqların fəryadını görməzdən gəldi

BMT-nin baş katibi Ban Ki Mun Qəzzada məktəbləri bombalayan təcavüzçü sionist İsraili insan hüquqlarını pozanların siyahısına daxil etmədi.
Maide.az xəbər verir ki, Ban Ki Munun BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi siyahı uşaqların öldürülməsi, əlil qalması və döyüşməyə məcbur edilməsi faktlara görə hazırlanıb. Lakin, onun hazırladığı siyahıda nədənsə sionistlərin Fələstində körpə uşaqları vəhşicəsinə qətlə yetirməsi faktı yer almayıb. Nədənsə ötən il Qəzzaya edilən hava hücumları nəticəsində 500-dən çox uşağın günahsız yerə axıdılan qanı görməzdən gəlinib.
BMT-nin sözçüsü Ştefani Duyarriç hazırlanan siyahıya haqq qazandırmaq üçün belə deyib: “Siyahıya niyə İsrailin alınmadığına deyil, kimlərin ora salındığına və ümumi mənasına baxın”.
Daha sonra sionist rejimin BMT-dəki daimi nümayəndəsi Ron Prosor verdiyi açıqlamada açıqlanan siyahının həqiqəti əks etdirdiyini bildirib. /

Google+ WhatsApp ok.ru