BMT fələstinli ailənin yandırılmasına reaksiya verdi 03 Dekabr 2015 02:00 Fələstin BMT-nın Yaxın Şərq üzrə xüsusi elçisi Nikolay Mladinov Qərb sahilində mənzilin yandırılması və bir ailənin üzvlərinin yanaraq öldürülməsi cinayəti ilə bağlı Sionist İsrail rejimi tərəfindən təhqiqat işlərinin zəif aparılmasından narahatçılıq bildirib. Maide.az xəbər verir ki, işğal olunmuş Qərb sahilində yerləşən Duma şəhərində Dəvabeşe ailəsinə məxsus mənzilə radikal yəhudilər tərəfindən od vurulması nəticəsində, 31 iyulda 8 aylıq fələstinli körpə Səd Dəvabeşe şəhid olmuş və onun valideynləri isə xəstəxanada həyatlarını itirmişdilər. Bu ailədən yalnız 4 yaşlı bir uşaq sağ qalıb ki, o da kəskin yanğınlar səbəbindən hələ də xəstəxanada müalicə almaqdadır. BMT-nın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladinov yaydığı açıqlamada bildirib: Dəvabeşe ailəsinin yandırılmasından 4 ay keçir və hər iki tərəfin rəsmiləri tərəfindən pislənilən bu məsələ hələlik bu vaxtadək öz həllini tapmayıb. O əlavə edib: Mən təhqiqat işlərinin zəif aparılmasından narahatam və İsrail rəsmilərini bu vəhşi cinayəti törədənlərlə bağlı Ədalətin icra edilməsinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər görməyə səsləyirəm. / Teqlər : #BMT fələstinli ailənin yandırılmasına reaksiya verdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail hərbçiləri Qərb sahilində 23 fələstinlini həbs edib Qərb sahilində daha iki fələstinli gənc qətlə yetirilib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar