BMT həyəcan təbili çalır: ‘Yaxın Şərq növbəti müharibən yükünü qaldıra bilməz’

BMT həyəcan təbili çalır: ‘Yaxın Şərq növbəti müharibən yükünü qaldıra bilməz’

BMT Baş Katibinin sözçüsü Stefan Duyarriç Yaxın Şərqdə son günlər artan gərginliklə bağlı açıqlama verib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Duyarriç ötən həftənin cümə günündən etibarən İsrail, Qəzza, Livan, Suriya, İraq və Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) və raket zərbələrinin müşahidə edildiyini bildirib.
 
O, gərginliyin müşahidə edildiyi ölkələrə çağırış edərək Yaxın Şərqin növbəti müharibənin yükünü qaldıra bilməyəcəyini qeyd edib.
 
Qeyd edək ki, son günlər işğalçı İsrail rejimi Suriyaya hücumlarını intensivləşdirib. Bundan başqa İraqda “Həşd Şabi” mövqelərinə də zərbələr endirməyə başlayıb. İsrail hava qüvvələrinə məxsus PUA-lar 2006-cı ildən sonra ilk dəfə Livan ərazisinə də hücumlar etməyə başlayıb.

Google+ WhatsApp ok.ru