BMT işğalçı İsrail rejimindən fələstinlilərin evlərinin dağıdılmasını dayandırmağı istədi

BMT işğalçı İsrail rejimindən fələstinlilərin evlərinin dağıdılmasını dayandırmağı istədi

Birləşmiş Millətlər Təşkilatı (BMT)  Sionist rejimdən Fələstinli evlərin dağıdılmasının dayandırılmasını tələb edib.
 
Maide.Az xəbər verir ki,  BMT-nin İşğal olunmuş Fələstin ərazisində Humanitar Məsələlər üzrə Müvəqqəti  Koordinatoru İvan Heyli bildirib ki, işğalçı İsrail rejimi cari ildə  fələstinlilərin evlərini son dörd ildə dağıtdığı qədər  ev dağıdıb və fələstinliləri evlərindən didərgin salıb. 
 
O bildirib ki, İsrail bu il işğal altındakı ərazilərdə fələstinlilərin evlərini sökmək üçün ən böyük əməliyyatı həyata keçirib. 
 
O  bildirirb ki, Qərbi Şəriyənin Homs əl-Bəqiyə qəsəbəsində sionist rejim tərəfindən  fələstinlilərin evlərinin sökülməsi  ilə əlaqədar son əməliyyatda 41 uşaq daxil olmaqla 73 fələstinlini evlərindən didərgin salınıb. 
 
Sonda İ.Heyli, sionist rejim tərəfindən fələstinlilərin evlərinin qanunsuz olaraq dağıdılmasının dərhal dayandırılması zəruriliyini vurğulayıb. 
 
BMT Baş Katibi sözçüsü Stephen Dujarric də işğalçı İsrail rejiminin fələstinlilərin evlərini sökməsindən narahatlığını dilə gətirib.
 
Qeyd edək ki,  Fələstinin baş naziri Məhəmməd İştiyyə də İsrail hərbcilərinin İordan çayının qərb sahilində, işğal olunmuş ərazilərdə yerləşən Tubas şəhərində 11 müsəlman ailəsinin evlərinin dağıdılmasına pisləmidi.
 
O deyib ki, işğalçı İsrail rejim  qüvvələrinin hücumu nəticəsində 11 ev darmadağın olub, 85 nəfər evlərindən didərgin düşüb ki, onlardan 35 nəfəri uşaqlardır. 
 
İsrail rejiminin bu həftə İordaniyanın şimalında 41 uşaqlı 11 fələstinli ailəyə məxsus 70-dən çox evi və səhiyyə müəssisəsini dağıdaraq viran qoyduğunu bilıdirib. 
 
Xatırladaq ki,  Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilir. 
 
 Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi cari ildə  fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb. 
 
  BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur.
 

Google+ WhatsApp ok.ru