Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır

Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.
 
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək.
 
Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək.
 
Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir.
 
Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir.
 

Google+ WhatsApp ok.ru