BMT Myanma hökumətinin əlində aciz qalıb?

BMT Myanma hökumətinin əlində aciz qalıb?

-- 35 beynəlxalq qurum BMT-ə müraciət edib

35 beynəlxalq qurum bazar ertəsi günü BMT-nin İnsan Haqları Şurasına ünvanladıqları məktubda Myanma müsəlmanlarının vəziyyətinin araşdırılması məqsədi ilə fövqəladə iclasın təşkil edilməsini istəyib.
 
Maide.Az “Al-Alama”-a istinadən xəbər verir ki, məktubda Myanmada insan haqlarının pozulmasına dair hesabatları nəzərə alaraq bu ölkədəki duruma nəzarət və beynəlxalq araşdırma və qətiyyətli addımlar atmaq məqsədilə fövqəladə iclasın keçirilməsi zəruridir. 
 
BMT-nin  İnsan Haqları Şurasından qətnamə qəbul edərək Myanmada bəşəriyyət əleyhinə olan bu cinayətlərin təcili dayandırılmasını təmin etməsi də tələb olunub.
 
BMT-nin İnsan Haqları Şurasının 47 üzvü var. Bu Şura 2006-cı ildə təsis olunub və indiyədək 26 dəfə iclas təşkil edib. 
 
Qeyd edək ki,  BMT-nin baş katibi Antonio Quterreş noyabrın 10-da Myanmada müsəlmanlara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə toxunaraq, bunu "böyük bir faciə" adlandırmışdı. 
BMT-nin insan haqları üzrə koordinatoru Mark Lukuk isə sonuncu açıqlamasında Myanmada Ruhincia müsəlmanlarının vəziyyətini "faciəli" adlandıraraq hökumətin müsəlmanlarına humanitar yardımların göndərilməsinə maneə yaratdığını aşıqlamışdı.
 
Xatırladaq ki,  Cari ilin avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb. 600 mindən çox  insan isə bu zorakılıqdan amanda qalmaq üçün Banqladeşə sığınıb. 
 
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.
 
Myanma hökuməti Avropa İttifaqının (Aİ) ölkənin rohinca müsəlmanlarının yaşadığı qərb bölgəsindəki vəziyyəti müstəqil şəkildə araşdırmaq təklifindən də imtina edib.
 
Bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Myanmada keçirilmiş Asiya-Avropa XİN başçıları görüşünün yükununda bildirib.
 

Google+ WhatsApp ok.ru