BMT nəhayət ki, sükutunu pozaraq Səudiyyə rejiminin Əvamiyyə bölgəsindəki cinayətlərinə münasibət bildirdi-VİDEO

BMT nəhayət ki, sükutunu pozaraq Səudiyyə rejiminin Əvamiyyə bölgəsindəki cinayətlərinə münasibət bildirdi-VİDEO

BMT nəhayət ki, Səudiyyə Ərəbistanının şərqində şiələrin məskunlaşdığı Əvamiyyə bölgəsində rejim qüvvələrinin cinayətlərinə, evlərin dağıdılmasına və qətllərə dair kütləvi informasiya vasitələrində yayımlanan məlumatlara münasibət bildirib və Səudiyyə rejiminin insan haqlarına riayət etməyə çağırıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Nyu-Yorkda mətbuat konfransında çıxış edən BMT Baş katibinin sözçüsü Stefan Dujarric bildirib ki, qurum müstəqil şəkildə Əvamiyyədə baş verənləri təsdiqləyə bilməz, lakin bütün hallarda Səudiyyə Ərəbistanı bu şəhərdə insan haqlarına dair öhdəliklərini yerinə yetirməyə çağırırıq. 
 
S.Dujarric Səudiyyə Ərəbistandan istəyib ki, Əvamiyyə bölgəsində hər hansı əməliyyat etməmişdən öncə öhdəliyinə götürdüyü insan hüquqları və beynəlxalq normativ aktlarını diqqətə alsın. 
 
 
 
Əvamiyyə bölgəsində altı ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin.  Səudiyyə rejimin qüvvələri 3 aydan artıq idi ki, Qətifin əl-Əvamiyyə rayonunda xüsusilə də əl-Musəvvirə qəsəbəsinə hücumlarını həyata keçirirdilər. Amma indi əl-Əvamiyyədə 500-dən çox mənzilin dağıldığı əl-Musəvvirə qəsəbəsinin 30 min sakinin tam təxliyə edildiyi deyilir.
 
Səudiyyə rejimi qüvvələri bölgədə komendat saatı tətbiq etsələr  bölgədən görüntülər mediaya sızmaqdadır.
 
Videoda Səudiyyə rejimi qüvvələrinin əl-Əvamiyyə şəhərinin əl-Musavvirə məntəqəsində törətdikləri vəşilikləri aşkar ğörmək olur./

Google+ WhatsApp ok.ru