BMT nümayəndəsi işğal altında olan Fələstin torpaqlarında qanunsuz inşa edilən minlərlə yəhudi məskənləri ilə bağlı çağırış etdi

BMT nümayəndəsi işğal altında olan Fələstin torpaqlarında qanunsuz inşa edilən minlərlə yəhudi məskənləri ilə bağlı çağırış etdi

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov işğalçı rejimin parlamentini işğal altında olan Fələstin torpaqlarında qanunsuz inşa edilən minlərlə yəhudi məskənlərini qanuniləşdirməməyə çağırıb.  
 
Xüsusi nümayəndə deyib ki, atılacaq addım gələcəkdə "yəhudi dövləti" üçün hüquqi fəsadlar yaradacaq və ərəb-İsrail sülhü perspektivlərinə zərər gətirəcək. 
 
Hakim partiyanın təşəbbüsü ilə irəli sürünən qanun layihəsi ilkin oxunuşdan keçib və lehinə 60, əleyhinə 49 deputat səs verib. Layihə əlavə üç oxunuşdan və Konstitusiyaya uyğun olub-olmasına dair Ali Məhkəmədə yoxlanışdan keçməlidir.
 
Sionist Tel-Əviv rejiminin işğalı altında olan İordan çayının qərb sahili və şərqi Qüdsdə apardığı məskunlaşma siyasəti fələstinlilərlə sülh əldə olunması üçün əsas əngəllərdən biri sayılır. Həmin ərazilərdə 600 minə yaxın yəhudi yaşayır. Beynəlxalq ictimaiyyət bu növ məskunlaşmanı qanunsuz hesab edir və dəfələrlə bu məskunlaşma əleyhinə etirazlar olunub. Lakin  işğalçı rejim beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq  tikinti işlərini davam etdirib, indi isə həmin bölgədəki tikintiləri qanuniləşdirməyə çalışır. (RİA Novosti) /

Google+ WhatsApp ok.ru