BMT nümayəndəsi: `Son illər dünyada 64 milyon insan yurd-yuvasını tərk edib`

BMT nümayəndəsi: `Son illər dünyada 64 milyon insan yurd-yuvasını tərk edib`

-- Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir

"Dünyada gün ərzində 34 min insan vətənini tərk edir". 
 
Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bunu sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelis deyib. O bildirib ki, qaçqınların öz vətənindən getməsinə əsas səbəb müharibə və münaqişələrdir:
 
"Son illər dünyada 64 milyon insan yurd-yuvasını tərk edib. Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Ali Qaçqınlar Şurası bununla bağlı layihələr həyata keçirir. Hakimlər bu məsələdə həssas olmalıdır".
 

Google+ WhatsApp ok.ru