BMT Rəfəh keçid məntəqəsinin açılmasını istədi

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi Qəzza zolağında yerləşən Rəfəh keçid məntəqəsinin açılmasını istədi.
 
Maide.Az bildirir ki, Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Qəzzadakı humanitar məsələlər üzrə koordinasiya ofisi bəyanat yayaraq, Qəzzada 30.000 fələstinlinin Rəfəh keçid məntəqəsinin açılmasını gözlədiyini bildirib.
 
Bəyanatda həmçinin deyilir ki, bu insanların 2700 nəfəri tələbə, 9500 nəfəri isə xəstədir.
 
Rəfəh keçid məntəqəsi Qəzza sakinlərinin xarici dünya ilə yeganə əlaqə yolu sayılır. Amma, Misir rəsmiləri İşğalçı İsrail rejiminin istəyi əsasında bu keçid məntəqəsini bağlayıb.
 
İsrail rejimi 2007-ci ildən bəri Qəzzanı mühasirədə saxlayır.
 

Google+ WhatsApp ok.ru