BMT rəsmisi: `Arakanda baş verənlər etnik təmizləmə siyasətinin bariz nümunəsidir`

BMT rəsmisi: `Arakanda baş verənlər etnik təmizləmə siyasətinin bariz nümunəsidir`

“Arakanda baş verənlər etnik təmizləmə siyasətinin bariz nümunəsi və bu sahədə bir dərs kitabı kimidir”. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, bunu BMT-nin insan haqqları üzrə rəsmisi Zeyd Rəad əl-Hüseyn bu gün Cenevrədə keçirilən toplantıda deyib. 
 
Z.Read əl-Hüseyn Myanmada Rohingiya müsəlmanlarına qarşı törədilən qətliamları kəskin tənqid edib və Myanma hökuhmətinin BMT yardımçılarının Arakana daxil olmasına icazə vermədiyini deyib. 
 
BMT-nin İnsan Hüquqları Şurasına müraciət edən təşkilat rəsmisi Myanma hökumətinin ötən ay müsəlman azlığa qarşı hərbi fəaliyyətləri zamanı aşkar şəkildə həddini aşdığını bildrib.
 
"Mən Myanma hökumətini qəddar hərbi əməliyyatlarını dayandırmağa, törədilmiş bütün cinayətlərə görə məsuliyyət daşımağa çağırıram. Hökumət Rohingiya əhalisinə qarşı amansız və genişmiqyaslı diskriminasiyanı dayandırmalıdır". /

Google+ WhatsApp ok.ru