BMT rəsmisi: “Bu gün istehsal edilən ümumi ərzağın 1/3 hissəsi israf edilir”

BMT rəsmisi: “Bu gün istehsal edilən ümumi ərzağın 1/3 hissəsi israf edilir”

-- 800 milyon insan axşam yatağına ac girir

“Dünyada hər kəsə kifayət edəcək qədər qida istehsal olunur, buna baxmayaraq hələ də 800 milyon insan axşam yatağına ac girir”.
 
Maide.Az "Musavat.com"-a istinadən bildirir ki, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak jurnalistlər üçün keçirilən təlimdə deyib.
 
BMT rəsmisi qeyd edib ki, 2050-ci ilədək dünya əhalisinin sayı 9,1 milyarda çata bilər, bunun üçün də ərzaq istehsalı daha 50 faiz artırılmalıdır.
 
O, həmçinin dünya miqyasında kənd təsərrüfatı sahəsində çalışan qadın işçi qüvvəsinin 50 faiz olduğunu vurğulayıb: “Bizim həmin qadın işçi qüvvəsi ilə çalışmağımız, onların problemlərini həll etməyimiz və onları iqtisadi həyata daxil etməyimiz, gəlir səviyyəsini çoxlatmağımız lazımdır. Çünki qadınların gəlirlərinin artması birbaşa ailə təsərrüfatına töhfə verir”.
 
Mələk Çakmak daha sonra Dayanıqlı İnkişaf Məqsədlərindən söz açıb, qeyd edib ki, bu məsələdə qənaətli istifadə əsas önəm daşıyır: “Bu gün istehsal edilən ümumi ərzağın 1/3 hissəsi israf edilir, bununla da sadəcə pulumuz deyil, fermerlərin zəhmətləri də heç edilir. Təbii resursları məhv edirik, ətraf mühitin çirklənməsinə səbəb oluruq”.
 
BMT rəsmisi həmçinin Dayanıqlı İnkişaf üzrə Gündəliyin 5 əsas strateji məqsədindən söz açıb.
 

 

Google+ WhatsApp ok.ru