BMT rəhbərindən ‘muzdlu’ xəbərdarlığı

BMT rəhbərindən ‘muzdlu’ xəbərdarlığı

BMT-nin Baş katibi dünyada muzdluların sayının artdığını, onların təkcə müharibədə savaşmadıqlarını, transmilli mütəşəkkil cinayətkarlıq və terrorçuluqda iştirak etdiyini deyir.
 
Fevralın 4-də BMT-nin Təhlükəsizlik Şurasında çıxış edən Antonio Guterres muzdlulardan istifadəyə qarşı qanunları daha çox dəstəkləməyə çağırıb. O, muzdluları təqib etməyə, adamların bu işə cəlb olunmasına qarşı işi gücləndirməyə səsləyib.
 
Baş katib muzdluların və digər əcnəbi döyüşçülərin Mərkəzi Afrika Respublikasında dinc sakinlərə qarşı “saysız insan haqları pozuntuları” törətdiyini deyib.
 
BMT-nin Baş Məclisi hələ 1989-cu ildə Muzdluların Cəlbi, İstifadəsi, Maliyyələşdirilməsi və Təliminə qarşı Beynəlxalq Konvensiya qəbul edib və o, 2001-ci ilin oktyabrından qüvvəyə minib. Amma Guterres şurada deyib ki, yalnız 35 ölkə bu sənədə qoşulub.
 
Son illər genişlənməkdə olan özəl hərbi şirkətlərə diqqət artır. Bu şirkətlərin muzdlularının Suriya, Mərkəzi Afrika Respublikası kimi yerlərdə hərbi fəaliyyətlə məşğul olduğu bildirilir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru