BMT rəsmisi:  Hər bir yəmənli ailəsində 1 nəfər vəba xəstəliyinə yoluxub

BMT rəsmisi: Hər bir yəmənli ailəsində 1 nəfər vəba xəstəliyinə yoluxub

Yəməndə müharibə ilə bağlı imzalanan atəşkəs sazişindən sonra, ölkədəki son vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunub.
 
Maide.az xarici KIV-ə istinadən xəbər verir ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O`Brayen  ötən gün  BMT TŞ-də müharibənin Yəməndə yaratdığı vəziyyət haqda bildirib ki, təqribən hər bir yəmənli ailəsində 1 nəfər vəba xəstəliyinə yoluxan var. 
 
O bildirib ki, Yəməndə həyatımı itirmiş uşaqlardan dörddə biri 5 yaşdan aşağı olan uşaqlardır.
  
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits yəmənlilərin vəziyyətinin keçən ilə nisbətlə daha da pis olduğunu bildirib.
 
Bu arada, BMT-nin humanitar yardım koordinatoru Mark Loukuk isə çıxışında, yəmənlilərin həyatlarının xilas olması üçün beynəlxalq cəmiyyətin işə qarışmalı olduğunu qeyd edib. 
 
O, Səudiyyə rejimi və tərəfdaşlarının Yəməndə dinc sakinlərlə yanaşı xəstəxana, məktəb və oxşar yerlərə hücumlarından narahat olduğunu deyib.
 
Qeyd edək ki, bundan əvvəl UNICEF və ÜST 2019-cu il başlayandan bəri Yəməndə epidemiyanın sürətlə yayıldığını, martın17-nə qədər atıq 109 min nəfərin vəbaya yoluxduğunu, 190 min nəfərin də həyatını itirdiyini bəyan etmişdi.
 
ÜST nümayəndəsi epidemiyanın belə sürətlə yayılmasını ölkədə su problemi ilə əlaqədar olduğunu bildirib.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da  bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir.
 
2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.

Google+ WhatsApp ok.ru