BMT rəsmisi : Məhsulların 14 faizi istehlakçılara çatmazdan əvvəl, tullantıya çevrilir

BMT rəsmisi : Məhsulların 14 faizi istehlakçılara çatmazdan əvvəl, tullantıya çevrilir

 
Dünyadakı qida məhsullarının təxminən 13,8 faizi hər il istehlakçıya çatmadan tullantıya çevrilir.
 
Maide.Az xəbər verir ki, bunu Anadolu agentliyinə FAO-nun bu il yayımladığı ilk Qida Zərərləri İndeksini şərh edərkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qida tullantıları və siyasəti üzrə mütəxəssisi Kamelia Bukatariu deyib.
 
Onun sözlərinə görə, FAO 2011-ci ildən bəri ərzaq itkisini və korlanmasını minimuma endirmək məqsədi ilə SAVE FOOD kampaniyası həyata keçirir.
 
Ekspert qeyd edib ki, əhalini qida ehtiyatlarına qənaət etməyə təşviq etmək üçün qida məhsullarının korlanma fəsadları barədə ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyır.
 
FAO əməkdaşı, hər il 26 milyon tona qədər məhsulun, əsasən meyvə və tərəvəzin xarab olduğu Türkiyə üçün də qida korlanması probleminin aktual olduğunu söyləyib. 
 
"Fermerlər tərəfindən yetişdirilən meyvə və tərəvəzlərin yarısından çoxu (53 faizi) istehlakçıya çatmadan xarab olur" deyə Bukatariu bildirib.
 
Onun sözlərinə görə, FAO tullantıların və ya itki səviyyəsinin azaldılması üçün Türkiyənin Milli Strategiyasının hazırlanmasına kömək edir ki, bunun da 2020-ci ildə yayımlanması planlaşdırılır.

Google+ WhatsApp ok.ru