BMT İranın da iştirakı ilə Suriya ilə bağlı yeni danışıqlara start verir

"BMT nümayəndəsi Stefan De Mistura Suriyada münaqişə tərəfləri, onların regional və beynəlxalq tərəfdarlarının mövqelərini qiymətləndirmək üçün geniş və hərtərəfli məsləhətləşmələrə başlayacaq." Bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
 
BMT nüməyəndəsi İranın da bu danışıqlarda iştirak edib-etməyəcəyi sualını cavablandırarkən bütün aidiyyəti region ölkələrinin danışıqlara qatılacağını bildirib.
 
Mənbənin məlumatına görə, adının çəkilməyini istəməyən qərb diplomatlarından biri bildirib ki, BMT iranlıların da bu danışıqlara qatılması istəyindədir.
 
Qeyd edək ki, 5-ci ilə daxil olan Suriya qarşıdurmasının həlli istiqamətində indiyə qədər iki sülh danışığı baş tutub. Ötən həftə Moskvada Suriya hökumət və müxalifətinin məsləhətləşmələri yekununda tərəflər Cenevrə 3 danışıqlarının başlaması üçün BMT-ə müraciət ünvanlayıblar.interaz.tv

Google+ WhatsApp ok.ru