BMT Rohingiya müsəlmanlarının qətliamını pislədi

BMT Rohingiya müsəlmanlarının qətliamını pislədi

3 gün ərzində 3 min müsəlman qətliam edilib

 
 
BMT-nin baş katibi Antonio Guterres, Myanmarın Arakan əyalətində "təhlükəsizlik əməliyyatı" adı altında müsəlmanların öldürülməsindən dərin narahatlıq duyduğunu açıqlayıb. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, A.Guterres Myanmar təhlükəsizlik qüvvələrinin avqustun 25-də müsəlmanlara qarşı zorakılıqlarını qınayıb. 
 
Bu zorakılıqların təməlində yatan problemlərin həll edilməsinin zəruriliyini vurğulayan A.Guterres deyib ki, Myanmar hökuməti ehtiyac içində olanlara yardım etməyə və onların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır. 
 
BMT-nin keçmiş baş katibi Kofi Annanın hazırladığı hesabatdakı təkliflərə tam dəstək verdiyini deyən A.Guterres, Myanmar hökumətindən istəyib ki, bu təklifləri tətbiq etməsini istədi. 
 
Banqladeşə çağırış 
 
BMT baş katibi Banqladeşədə çağırış edərək, "onlarla ildir Myanmardan qaçan didərginlərə ev sahibliyi edən bu ölkə" idarəçilərindən, rohingiyalıların Banqladeşdə qalmasına icazə verməsini tələb edib.
 
Arakan əyalətində keçən il oktyabr ayında polis nəzarət nöqtələrinə edilən və 9 polisin həyatını itirdiyi hücumların ardından Myanmar ordusunun başlatdığı əməliyyatlar, müsəlman azlığı böyük şiddət dalğasına məruz qoymuşdu.
 
Əməliyyatlar səbəbiylə 90 mindən çox arakanlı müsəlman yurdlarını tərk etmək məcburiyyətində qalmışdı. Rohingiya azlığın nümayəndələri, əməliyyatlarda bu günə qədər yüzlərlə adamın həyatını itirdiyini ifadə edir.
 
Bənzər bir hücumun 25 Avqustda edilməsinin ardından Myanmar təhlükəsizlik qüvvələrinin Müsəlmanlara istiqamətli yeni əməliyyatlarında çox sayda vətəndaşın həyatını itirdiyi, bir çox adamın da evlərini tərk etdiyi bildirildi.
 
Qeyd edək ki,Arakanda yaşayan müsəlmanlara qarşı soyqırım keçirilir. Avropa Rohinqya Şurasının (ERC) sözçüsü doktor Anita Schuq Myanmarın Arakan ştatında avqustun 25-dən ordu tərəfindən 2 rayonda 3 min müsəlmanı qətlə yetrib.
 
 

Google+ WhatsApp ok.ru