BMT Səudiyyədən Avamiyyə şəhərinə qarşı mühasirəni yığışdırmağı tələb etdi

BMT Səudiyyədən Avamiyyə şəhərinə qarşı mühasirəni yığışdırmağı tələb etdi

BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı Səudiyyə rejimindən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə bölgəsinə qarşı tətbiq olunan mühasirəni yığışdırmasını tələb edib.
 
Açıqlamada Səudiyyə rejiminin Avamiyyə şəhərinin Əl-Məstura bölgəsinin tarixi hissəsini darmadağın etməsi qınanılıb, Səudiyyə rejiminin bu təcavüzkarlığının şəhərin tarixi hissəsini məhv etdiyi və insan haqlarını kobud surətdə pozduğu qeyd olunub.
 
BMT-nin mədəniyyət hüquqları üzrə xüsusi məruzəçisi Kərimə bin Aun mayın 24-də verdiyi açıqlamasında isə belə​ deyib: "Avamiyyə və Əl-Məsturə tarixi bölgələrinin mühüm bir hissəsini darmadağın edən Səudiyyə rejimi hələ də bu dağıtmaq cəhdlərini davam etdirir və bu barədə edilən xəbərdarlıqlara tabe olmur".
 
Bin Aun Avamiyyə və Əl-Məsturə bölgələrinə hücum edən Səudiyyə rejiminin bu təşəbbüsünün bir tarixi məhv etməkdən ibarət olduğunu bildirib. O, Səudiyyə rejiminin bu təcavüzkarlığının kompensasiyası mümkün olmayan zərər və ziyanlara səbəb olacağını söyləyib. BMT rəsmisi müvafiq qurum və təşkilatlardan dərhal bu zülmə son qoyulması üçün təşəbbüs etmələrinin lazım olduğunu qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru