BMT Səudiyyə koalisiyasının Yəməndə  müharibə cinayətləri törədə biləcəyi ehtimalından danışıb

BMT Səudiyyə koalisiyasının Yəməndə müharibə cinayətləri törədə biləcəyi ehtimalından danışıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü ilə əlaqədar yeni hesabatında Səudiyyə koalisiyasının bu ölkədə müharibə cinayətləri törətdə biləcəyini ehtimal edib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, BMT -ə görə, Yəməndəki böhranın uzanmasının səbəblərindən biri də ABŞ, İngiltərə, Fransa və Kanada kimi ölkələrin silahlarını Yəmənə hücum edən ölkələrə satmasıdır. 
 
Səudiyyə koalisiyasının Yəmənə hücumlarında minlərlə Yəmənli, xüsusən qadınlar və uşaqların öldürülməsinə baxmayaraq, BMT öz hesabatında yalnız Səudiyyə Ərəbistanının Yəmən müharibəsində “hərbi cinayət” törədə bilmə ehtimalını açıqlayır. 
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.  
 

Google+ WhatsApp ok.ru