BMT son vəziyyəti açıqladı: “Arakanlıların Myanmaya qayıtması üçün şərait yoxdur”

BMT son vəziyyəti açıqladı: “Arakanlıların Myanmaya qayıtması üçün şərait yoxdur”

-- təhlükəsizlik və səhiyyə sisteminin olmaması...

BMT-nin Humanitar Məsələlər ürə baş katibi Ursula Müller 6 günlük Myanma səfərindən sonra hesabat hazırlayıb.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, o, hazırda Myanmada Arakan müsəlmanlarının geri qayıtması üçün uyğun şəraitin olmadığı bildirib.
 
U.Müller bunu təhlükəsizlik və səhiyyə sisteminin olmaması ilə əlaqələndirib.
 
Məlumat üçün bildirək ki, ötən iln avqustunda 1 aylıq kütləvi qətllərdə 10 minə yaxın Arakan müsəlmanı qətlə yetirilmişdi. 700 minə yaxın müsəlman isə Banqladeşə sığınıb.
 
Hadisələr zamanı 55 kənd tamamilə yandırılaraq məhv edilmişdi.
 
Beynəlxalq ictimaiyyətin təzyiqindən sonra noyabrda arakanlıların Myanmaya qayıtması üçün Banqladeş və Myanma hökuməti arasında müqavilə imzalansa da, hələlik təhlükəsizlik və yerləşmə ilə bağlı məsələlər həll edilməyib.
 
 

Google+ WhatsApp ok.ru