BMT İsraildən işğal altındakı Qolan yüksəkliklərini tərk etməyi tələb edib

BMT İsraildən işğal altındakı Qolan yüksəkliklərini tərk etməyi tələb edib

 BMT Baş Assambleyası İsraildən işğal edilmiş Qolan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.
 
Maide.Az xəbər verir ki,  bu barədə RİA "Novosti" xəbər verib.
 
Qətnamənin lehinə 91 dövlət səs verib. Qeyd edilir ki, 9 dövlət sənədə qarşı çıxıb. Daha 65 ölkə səsvermədə bitərəf qalıb.
 
Qətnamənin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğalçı rejimdən Suriyanın Qolan yüksəkiklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edir.
 
Baş Assambleyanın sənədində bildirib ki, sionist rejimin 14 dekabr 1981-ci ildən işğal etdiyi Qolan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquq qüvvəyə malik deyil.
 
Qeyd edək ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı  İsrail rejimi  tərəfindən işğal edilmişdir. 1981-ci ildə sionist rejim Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

Google+ WhatsApp ok.ru