BMT İsrail və Səudiyyə Ərəbistanda insanların hüquqlarının pozulmasından `narahatdır`

 
BMT-nin İşgəncə əleyhinə Komitəsi  İşğalçı İsrail və Səudiyyə Ərəbistan  rejimlərində  insan haqlarının tapdalanması haqqında  xəbərdarlıq edib. 
 
Maide.Az xəbər verir ki, BMT-nin İşgəncə əleyhinə Komitəsi cümə günü  yayımladığı hesabatında  İşğalçı  İsrail rejimində “İdari həbslər”,  bu rejimin fələstinlilərə qarşı güc tətbiqi,  Fələstinli əsirlərin saxlanma şəraiti, onların  aclıq aksiyaları, tək kameralarda saxlanılması,  Fələstinlilərin evlərinin dağıdılması, İşğalçı rejim qəsəbə sakinlərinin Fələstinlilərə qarşı  zorakılıqları haqqında narahatlığını ifadə edib. 
 
 
“İdari həbs” adı ilə tanınan həbslər zamanı  işğlaçı rejim heç bir ittiham  irəli sürmədən, məhkəmə keçirmədən Fələstinliləri 6 aya qədər həbsdə saxlayır.  Bu növ həbs olunan şəxslərin  saxlanma müddəti müddətsiz uzadıla bilər. 
 
1967-ci ilin aprelindən 2016-cı ilin aprelinədək təqribən bir milyon Fələstinli sionist rejim hərbçiləri tərəfindən həbs olunub ki, onların arasında on beş mindən çox qadın və on minlərlə uşaq əsir olub.
 
Fələstinli Əsir Hərəkatının statistikasına əsasən, hazırda sionist rejimin iyirmi iki həbsxana və təcridxanasında yeddi mindən çox fələstinli həbsdə saxlanılır. 
 
Fələstinli əsirlər arasında 67 qadın, 400 uşaq, altı parlament üzvü var. Bundan başqa, 700 fəlsətinli əsir də qanunsuz surətdə və heç bir ittiham irəli sürülmədən və mühakimə olunmadan həbsdədir.
 
 
BMT-nin İşgəncə əleyhinə Komitəsi həmçinin 2002-ci ildən indiyədək olan dövrdə Səudiyyə Ərəbistandakı həbsxanalarda  əlverişsiz şərait və işkəncələr,  jurnalistlərlə pis davranma,  miqrant işçilərlə pis davranma, etiraf alma  üsulubları və  bu ölkədəki edamlara görə “kəskin” narahatçılığını bildirib.
 
BMT-nin İşgəncə əleyhinə Komitəsi Səudiyyə rejim rəsmiləri tərəfindən  “fiziki cəzalar və həbs müddətinin uzadılması” məsələsi ilə bağlı xəbərdarlıq edib. 
Riyad hökuməti  uzun müddətdir ki,  insan haqlarını  pozduğuna görə  beynəlxalq  tənqidlərlə üzləşir.  Səudiyyə Ərəbistan rejimi  2015-ci ildə  153 nəfəri  edam edib ki, onlardan 71 nəfəri əcnəbi vətəndaşlar olub.  
 
Amnesty International ötən il  öz hesabatında Səudiyyə Ərəbistan məhkəmələrində  mühakimə prosesini  dünyada ədalət normalarına zidd hesab etmişdir.
 

Google+ WhatsApp ok.ru