BMT Suriya ilə bağlı tarixi sənədi rəsmən qəbul etdi 25 Noyabr 2017 02:00 Dünya Rusiya, Türkiyə və İran prezidentlərinin hazırladıqları bəyannamə BMT-də rəsmi sənəd sayılıb Noyabrın 22-də Soçi şəhərində bir araya gələn Putin, Ərdoğan və Həsən Ruhani Suriyadakı problemin həlli ilə bağlı birgə bəyanat yayıblar Suriya probleminin həlli ilə bağlı Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin hazırladıqları birgə bəyannamə BMT-də rəsmi bəyanat olaraq yayımlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Soçidə razılaşdırılan sənən BMT Təhlükəsizlik Şurasında rəsmi sənəd sayılıb. Təhlükəsizlik Şurasının İtaliyadan olan baş katibi Sebastiano Kardi deyib ki, Rusiya, Türkiyə və İranın BMT-dəki daimi təmsilçilərinin müraicətləri qəbul olunub: "Onların bizə təqdim elədikləri sənəd Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi sayılacaq". Qeyd edək ki, noyabrın 22-də Soçi şəhərində bir araya gələn Putin, Ərdoğan və Həsən Ruhani Suriyadakı problemin həlli ilə bağlı birgə bəyanat yayıblar. Onlar, Suriyada gərginliyin azaldılması prosesinin, terrorun bitirilməsi üçün birgə əməkdaşlığın davam edəcəyini açıqlayıblar. Teqlər : #BMT Suriya ilə bağlı tarixi sənədi rəsmən qəbul etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 17 il ərzində Aralıq dənizində azı 33 min miqrant ölüb Misirdə məscidə hücum edənlərdən bəziləri zərərsizləşdirildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO