BMT sözçüsü Qəzza böhranının səbəblərini açıqladı

BMT sözçüsü Qəzza böhranının səbəblərini açıqladı

-- 12 ildir mühasirədə saxlanılan Qəzza zolağında 2 milyon fələstinli ağır durumda yaşayır

BMT baş katibinin sözçüsü Stephan Dugrick Qəzza zolağında insani faciənin 3 səbəbini açıqlayıb. 
 
Maide.Az  Fələstin xəbər mərkəzinə istinadən xəbər verir ki,  Nyu Yorkda açqılama verən  S.Dugrick  deyib ki,  bölgədəki humanitar böhranın əsas səbəbləri Qəzza zolağının mühasirədə saxlanılması,  Fələstinli qaçqınlara kömək etmək üçün yardım  qurumları tərəfindən yardımların azaldılması  və digər səbəb isə Fələstinli qruplar arasında milli  razılaşmanın olmamasıdır. 
 
Fəth və Həmas hərakatları ötən il  Qahirədə  FƏTH və HƏMAS təşkilatlarının liderləri arasında daxili barışa nail olmaq üçün  anlaşma imzalanıb.  İlk mərhələdə milli birlik hökumətinin yaradılması, Qəzza zolağındakı məmurlar və güc strukturlarının əməkdaşlarına əməkhaqlarının verilməsi, habelə bölgəyə gündəlik tələbat mallarının tədürük edilməsi, sərhədə nəzarət kimi məsələlər haqda razılıq əldə olunub. Amma bu anlaşma əməldə icra olunmayıb. 
 
12 ildir  mühasirədə saxlanılan Qəzza zolağında 2 milyondan çox fələstinli ağır durumda yaşayır.  İşğalçı İsrail rejimi Qəzza zolağının giriş yollarını bağlayaraq bu zolağı böyük bir həbsxanaya çevirib.  İşğalçı rejim hər gün daha da qəddar addımlar atır. 
 
İşğalçı İsrail rejiminin  blokadası nəticəsində   Qəzzada elektrik enerjisi problemə çevrilib.  Bölgədə elektrik enerjisini təmin etmək üçün 600 meqavat elektriyə ehtiyac var,lakin  bunun yalnız 210 meqavatı təmin edilir. 
 
 Qeyd edək ki,  bir müddət öncə  Birləşmiş Mİllətlər Təşkilatı (BMT)  İsrailin zülmünə məruz qalan Qəzza və oradakı xəstəxanaların durumu ilə bağlı hesabat yayımlamış və işğalçı rejimdən  Qəzza zolağının blokadasının  aradan qaldırılmasını tələb etmişdi. 
 

Google+ WhatsApp ok.ru