BMT Təhlükəsizlik Şurası təcili iclas çağırdı

Bu gün Bakı vaxtı ilə saat 20:00-da BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.
 
Virtualaz.org saytı “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
 
Buna səbəb bu gücə Şimali Koreyanın uzaqmənzilli raket buraxması olub.
 
Bu arada ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib. Eyni zamanda, ABŞ dövlət katibi Con Kerri Pxenyanın bu cür addımlarının Amerika üçün təhlükə törətdiyini deyib./
 

Google+ WhatsApp ok.ru