BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır

BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır

Bu gün – oktyabrın 19-da BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı əməliyyatlarla bağlı məsləhətləşmələr keçirəcək.
 
Maide.Az "azadliq.org"a istindalda xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri atəşkəsə sayğı göstərməyə çağırıb, mülki şəxslərə hücumları pisləyib.
 
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 70 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
 
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
 
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə yeni sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
 

Google+ WhatsApp ok.ru