BMT TŞ işğalçı İsrailin Colan təpələrinə dair malikiyyət iddiasını qəbul etmədi

BMT Təhlükəsizlik Şurası Suriya ərazisində yerləşən  Colan təpələrinə dair işğalçı İsrail rejiminin malikiyyət iddiasını  qəbul etmədi.
 
Maide.Az xəbər verir ki, BMT TŞ-nin  üzvləri  İsrailin  Colan təpələri ilə bağlı son bəyanatına görə narahat olduqlarını və  Colan təpələrinin durumunun  dəyişmədən  qalmasına qərar veriblər. 
 
BMT  TŞ üzvləri 497  saylı qətnamənin tətbiqində bu nəticəyə çatıblar ki, İsrailin  Colan təpələrini zorla ələ keçirməsi səhv addımdır və beynəlxalq qanunlara ziddir. Bu təpələr Suriyaya məxsus ərazilərdir. 
 
BMT-nin UNDOF  qüvvələri 1974-cü ildən  Colan təpələrinə nəzarət edir. 
 
İşğalçı İsrailin  baş naziri Netanyahu bir müddət öncə nazirlər kabinetinin iclasını Colan təpələrində keçirtdi və iddia etdi ki, bu təpələrdən geri çəkilməyəcək. 
bildirmişdi.
İşğalçı İsrail rejimi 1967-ci ildə Suriyanın Colan təpələrini işğaledib. 
 

Google+ WhatsApp ok.ru