BMT TŞ Şimali Koreyaya yeni sanksiyalar barədə xəbərdarlıq etdi

BMT TŞ Şimali Koreyaya yeni sanksiyalar barədə xəbərdarlıq etdi

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın mayın 13-də reallaşdırdığı ballistik raket sınağını şiddətlə qınayaraq, yeni sanksiyalar tətbiq olunacağı barədə xəbərdarlıq edib.
 
BMT Təhlükəsizlik Şurası rəsmiəri tərəfindən verilən açıqlamada, Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qərarlarını hədsiz dərəcədə pozan ballistik raket sınaqlarının həddən artıq narahatlığa səbəb olduğu vurğulanıb.
 
BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin Şimali Koreyaya qarşı bütün sanksiyaları tamamilə tətbiq edəcəyini​ bildirilən açıqlamada, digər ölkələrə də sürətlə və ciddi şəkildə sanksiyaları işə salınması çağırışı edilib.
 
Açıqlamada qanunsuz ballistik raket sınaqlarının regionda gərginliyi artırdığı bildirilib və Şimali Koreyaya səmimi bir şəkildə nüvə silahsızlaşması məsələsində konkret addımlar atması çağırışı edilib. (deyerler) /

Google+ WhatsApp ok.ru