BMT Türkiyəni ifadə azadlığına hörmətlə yanaşmağa çağırdı

Birləşmiş Millətlər Təşkilatı Türkiyəni bu ölkədə ifadə azadlığına hörmətlə yanaşmağa çağırıb.
 
Röytersin məlumatına görə, BMT baş katibinin sözçüsü Fərhan Haqq bildirib: BMT baş katibi Ban Ki Mun Türkiyədən ifadə azadlığına hörmət bəsləməyə çağırıb. Çünki müxalif və tənqidçi səslər də eşidilməlidir.
 
Fərhan Haqq əlavə edib: Baş katib Türkiyənin böyük media qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar proseslərdən xəbərdardır və o diqqətlə və yaxından prosesləri izləyir.
 
Türkiyə rəsmiləri cümə günü Fətulla Gülən tərəfdarlarının repressiyasının davamında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nüfuzlu tənqidçilərindən olan Today Zaman qəzetini nəzarətə götürüblər.
 
Polis gözyaşardıcı qaz və su şırnağından istifadə edərək Today Zaman qəzetinə dəstək üzrə bu qəzetin binası ətrafına toplaşan minlərlə nəfəri dağılışmağa məcbur edib.
 
İnsan Haqları qrupları və Avropa rəsmiləri Türkiyə və Avropa Birliyinin iclası ərəfəsində Today Zaman qəzetinin nəzarətə götürülməsi və müxalifləri repressiya edilməsini tənqid ediblər.
 
Ərdoğan dəfələrlə Güləni Türkiyə hökumətini devirmək üzrə məkrli plan hazırlamaqda suçlayıb. Ərdoğan iddia edir ki, Gülən ədliyyə, polis və xəbər medialarında öz tərəfdarlarından ibarət şəbəkə yaradıb. Gülən bütün bu ittihamları təkzib edib.
 
Today Zaman Türkiyədə fevral ayının sonuna qədər ən çox satılan qəzet olmuşdur və bu qəzetin tirajı 650 mini keçir./

Google+ WhatsApp ok.ru