BMT Trump-ın Qüds qərarını ləğv edən qətnaməyə baxacaq

BMT Trump-ın Qüds qərarını ləğv edən qətnaməyə baxacaq

-- Qətnamə layihəsi `Müqəddəs Qüds şəhərinin xarakter, status və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim hesab edir

"The Independent" yazır ki, BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trump-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımaq qərarından bir neçə gün sonra bu şəhərin statusuna aid bütün qərarları etibarsız elan etməyi planlaşdırır.
 
15 üzvü olan Təhlükəsizlik Şurası hazırda Qüdsün statusu haqqında müxtəlif ölkələr tərəfindən qəbul edilmiş bütün qərarları etibardan salacaq qətnamə layihəsini nəzərdən keçirir.
 
Bu qətnamə layihəsində bütün ölkələrdən Müqəddəs şəhər Qüds barədə qərarları BMT-nin qətnamələrindən çıxış edərək qəbul etmək tələb edilir. Bu qətnamə layihəsində Trump-ın adı xüsusi olaraq çəkilmir.
 
Reuters agentliyinin məlumatına görə, cəmi bir səhifəlik qətnamə layihəsi "Müqəddəs Qüds şəhərinin xarakter, status və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi gücü olmayan qərarlar kimi xaraketrizə edir".
 
Qətnamə layihəsində habelə BMT-yə üzv öklələrdən Qüdsdə səfirlik açmamaları istənir. BMT hesab edir ki, Qüdsün "son və qəti statusu" İsrail və fələstinlilər arasında aparılacaq danışıqların məhsulu olmalıdır.
 
"The Independent" yazır ki, diplomatların dediyinə görə, Misir tərəfindən tərtib edilmiş qətnamə layihəsi geniş dəstəyə malikdir, amma çox güman Washington tərəfindən veto ediləcək.
 
Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Fransa, Britaniya, Rusiya və Çin veto hüququna malikdirlər, bu isə o deməkdir ki, bu ölkələrin razılığı olmadan heç bir qətnamə qəbul oluna bilməz.
 
İşğalçı İsrail  rejimi Qüdsü  tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.
 
Trump-ın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.
 
Bu bölgələrdə üç min insan etiraz yürüşü keçirərək Amerika və İsrail bayraqlarını yandırıb, Trump-ın portretlərin tapdalayıb. Tehran, İstanbul, Əmman, Rabat, Beyrut, Qahirə və İslamabadda da etiraz mitinqləri olub.
 
50-dən çox müsəlman ölkəsi Trump-ın qərarına birgə bəyanatla etiraz bildirib.
 
"The Independent" Ağ Ev və ABŞ-ın BMT-dəki missiyasından şərh ala bilmədiyini yazır.(bbc)
 

Google+ WhatsApp ok.ru