BMT xəbərdarlıq etdi: Yəməndə bir nəsil məhv ola bilər

BMT xəbərdarlıq etdi: Yəməndə bir nəsil məhv ola bilər

Birləşmiş Millətlər Təşkilatının humanitar yardım fondu Yəməndəki vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, BMT bildirir ki, Səudiyyə Ərəbistanı rejiminin Yəmənə etdiyi təcavüzdən sonra ölkədə aclıq və işsizlik tüğyan edir.
 
Dünya ərzaq təşkilatının yaxın şərq üzrə kordinatoru Muhannad Hadi öz hesabatında bildirib ki, milyonlarla yəmənli beynəlxalq humanitar yardımlar olmasa həyatda qala bilməyəcəklər.  “Qdınlar və körpələr Səudiyyə Ərəbistanın Yəməndəki əsas qurbanlarıdır.  Yəməndə 14.1 milyon nəfər aclıqdan əziyyət çəkir. Onlardan 7 milyon nəfərinin vəziyyəti olduqca ağırdır.” 
 
M.Hadi hesabatda əlavə edib ki, Yəməndə 700 mindən çox 5 yaşdan aşağı uşaqlara, süd verən və hamilə qadınlara yardım olunur. Amma bu kifayət etmir. Xalqın əksəriyyəti səfalət içində yaşayır. Yəmən xalqının 70 faizi aclıq və işsizliklə mübarizə aparır. 
 
M.Hadi həmçnin qeyd edib ki, vəziyyət bu cür davam edərsə, Yəməndə insan nəsli məhv olacaq. 
 

 

Google+ WhatsApp ok.ru