BMT Yəmən müharibəsində həlak olmuş sivillərin sayının artmasından xəbər verib

BMT Yəmən müharibəsində həlak olmuş sivillərin sayının artmasından xəbər verib.
 
Maide.az-ın məlumatına görə, BMT-nin İnsan Haqları Ali Komissiyasının ofisi bildirib ki, təkcə cari milad ayının ilk on günündə Yəməndəki döyüşlər və hücumlarda 36 uşaq və 27 qadın daxil olmaqla azı 142 sivil həlak olub, 224 nəfər də yaralanıbdır. 
 
Bu ölkədəki gərginliklərdə sivillərin tələfatının sayı bütövlükdə 1600 nəfəri ötüb keçibdir.
 
BMT-nin İnsan Haqları Ali Komissiyasının sözçüsü Stefan Ducarik müxbirlərə deyib ki, bu rəqəm Yəmənə qarşı hücumların başlanmasından bəri sivillərin tələfatının ümumi miqdarını 1670 nəfərə çatdırdı.
 
Bu məlumata görə, bu müddətdə 3829 nəfər də yaralanıbdır.
 
O, əlavə edib: Mövcud infrastrukturlar son dərəcə zərər çəkiblər və silahlı toqquşma nəticəsində azı 187 dövlət və xidmət mərkəzi nisbi və ya tam surətdə dağılıbdır.

Google+ WhatsApp ok.ru