BMT Yəməndə milyonlarla insanın aclıq təhlükəsilə üzləşdiyi haqda xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı atəşkəsin elan edilməsinə baxmayaq, Səudiyyə Ərəbistanın hələ də təcavüzünə və hücumlarına məruz qalan Yəməndə 7 milyon  600 min insanın müntəzəm olaraq ərzaq əldə edə bilmədiyini və aclıq təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

Maide.Az xəbər verir ki,  BMT-nin Humanitar İşlər Üzrə Kordinasiya Ofisinin direktoru Con Qinq bildirib ki,  10 milyondan çox Yəmənlinin  ibtidai tibbi yardıma  və 7 milyon 600 min yəmənli isə aclıq təhlükəsi ilə üz-üzədir.

O deyib ki, yanvar ayından  aprel ayınadək  56 min nəfər aclıqdan əziyyət çəkir.  

Yəmənin 27 milyon 500 min nəfər əhalisi var  və Qinq deyir ki, 180 min uşaq çox ağır aclıq vəziyyətindədirlər və BMT yalnız onların 32 faizinə yardım edə bilib.

Con Qinq Yəmənə etdiyi səfərindən sonra BMT-də təşkil edtiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, xalqın qida, təmiz su və səhiyyə imkanlarından əziyyət çəkdiyini bildirib. "Vəziyyət çox təhlükəlidir və çoxlu insan aclığın bir addımlığındadır. Son aylar isə beynəlxalq yardımlar həddən artıq azalıb."

Qinq qarşıdurmalar səbəbilə 2.5 milyon insanın evlərini tərk etdiyini qeyd edib. Yəmənin dünyanın ən kasıb ölkələrindən biri olduğunu xatırladan Qinq, BMT-nin bu ölkədəki humanitar yardım əməliyyatları üçün 1.8 milyard dollar tələb etdiyini, ancaq indiyə qədər bu məbləğin sadəcə 16 faizinin təmin edildiyini bildirib.

  

Google+ WhatsApp ok.ru