BMT Yəmənə 50 milyon dollar yardım ayırdı

BMT Yəmənə 50 milyon dollar yardım ayırdı

-- 8 milyon insanın humanitar vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçündür

BMT Yəmən sakinlərinə humanitar yardım üçün 50 mln dollar vəsait ayırıb.
 
Maide.Az İslam.ru-ya istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Mark Loukok məlumat verib.
 
Onun sözlərinə görə, bu vəsait aclıqdan əziyyət çəkən 8 milyon insanın humanitar vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçündür. 
 
Loukok Yəmən humanitar yardım və ticarət mallarının bir hissəsini dəniz limanları vasitəsi ilə qəbul edir. Lakin son ayında burada da problemlər yaranıb. 
 
Eyni zamanda Yəməndəki humanitar vəziyyətin pisləşməsindən narahatlığını ifadə edən BMT rəsmisi bildirib ki, buna səbəb son aylarda müharibə və hava hücumlarının intensivləşməsidir. "Yəməndə 22 milyon adamın humanitar yardıma ehtiyacı var. Biz ən az 8 milyon insanın fəlakətdən çıxması üçün 50 milyon dollar ayırdıq ki, bu da 27 şəhərin sakinlərinə kömək edəcək.
 
Mark Loukok bu humanitar əməliyyatları maneəni, eləcə də, Yəmən infrastrukturun məhvini dayandırmaq üçün, hava hücumlarının dərhal dayandırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Google+ WhatsApp ok.ru