BMT Yəməndə müharibə tərəflərini sülhə çağırır

BMT Yəməndə müharibə tərəflərini sülhə çağırır

BMT-nin xüsusi elçisi avqustun 2-də bildirib ki, Yəməndə müharibə edən tərəfləri sentyabrın 6-da Cenevrədə danışıqlara dəvət edəcək. Məqsəd sülh prosesinə yenidən başlamaqdır.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı başladılan müharibə təxminən 4 ilə yaxındır ki, davam edir. Bu müddətdə ölkədəki həyati infrastrukturlar tamamilə darmadağın edilib və tətbiq edilən iqtisadi sanksiyalarla vəba kimi bir çox yoluxucu xəstəliklər nəticəsində ölkə əhalisi çox ciddi təhdidlərlə üz-üzədir. Əgər tədbir görülməsə ölkədə insanlıq faciəsi baş verəcək.
 
Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində indiyədək 10 minədək yəmənli ölüb, 8 milyon nəfər aclıq çəkir. BMT bunu dünyanın ən pis humanitar böhranı adlandırıb.
 
BMT-nin elçisi Martin Griffiths Nyu Yorkda qurumun Təhlükəsizlik Şurasında deyib ki, danışıqların son raundundan iki il keçib. “Yəmən xalqından ötrü bu müharibə tezliklə başa çatan deyil. Hər gün itirilən həyatları xilas edə bilərdik”, – o vurğulayıb.
 
 
 

Google+ WhatsApp ok.ru