BMT  Yəməndə hamilə qadınların durumu ilə bağlı narahatdır

BMT Yəməndə hamilə qadınların durumu ilə bağlı narahatdır

-- Yəmən yeni vəba epidemiayası dalğası ilə qarşı-qarşıyadır

BMT-nin Əhali Fondu (UNFPA) Yəmənin qərbi Hudeydə yaşayan  hamilə qadınların durumu ilə bağlı dərin narahatlığını ifadə edib. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, UNFPA  tərəfindən cümə günü  açıqlanan hesabatda bildirilir ki,  Hudeydə bölgəsində yüzlərlə  hamilə qadın səhiyyə xidmətlərinin qeyri-kafi olması səbəbiylə ölüm riski ilə üz-üzədir. 
 
BMT-nin Əhali Fondu bildirir ki,  Yəməndə anaların ölüm halları 2015-ci ildən bu tərəfə iki dəfə artıb. 
 
Bundan əvvəl dünya ərzaq proqramı, Yəməndə humanitar vəziyyətinin dəhşətli olduğunu və Yəməndə 18 milyon insanın qida təhlükəsizliyinin olmaması haqda ciddi xəbərdarlıq  etmişdi. 
 
Digər xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü Yəməndə vəfa epidemiyasının yenidən başlandığı ilə xəbərdarlıq edib. 
 
ÜST  bildirir ki, Yəmən  yeni bir vəba epidemiayası dalğası ilə  qarşı-qarşıyadır. 
 
Qeyd edək ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.  Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru