BMT Yəmənlə bağlı Səudiyyə Ərəbistanın lehinə addım atıb

BMT Yəmənlə bağlı Səudiyyə Ərəbistanın lehinə addım atıb

BMT bölgə müharibələrilə bağlı illik hesabatında Səudiyyə Ərəbistanını uşaqlara qarşı müharibə zorakılığı siyahısından çıxarıb.
 
Maide.Az BBC-ə istinadla xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasına ünvanladığı illik hesabatında məlumat verilib.
 
Baş katib bu hesabatda Səudiyyə Ərəbistanını Yəmən müharibəsində uşaqlara qarşı zorakılıq siyahısınan çıxarılacağını bildirib.
 
BMT baş katibinin bu addımına dərhal mənfi mövqelər sərgilənib.
 
Beynəlxalq Əfv Təşkilatı rəsmi twıtter səhifəsində bu addımı tənqid edib və beynəlxalq təşkilatların mövqeyinin zəifləyəcəyini bildirib.
 
Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin o cümlədən minlərlə uşaq və qadının ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.
 

 

Google+ WhatsApp ok.ru