BMT Yəməndə baş verən humanitar fəlakət haqda: ‘Minlərlə uşaq ölə bilər’

BMT Yəməndə baş verən humanitar fəlakət haqda: ‘Minlərlə uşaq ölə bilər’

BMT-nin Yəməndəki humanitar əlaqələndiricisi, humanitar yardım göstərmək üçün təcili vəsait olmadıqda, ölkədə minlərlə uşağın ölə biləcəyi haqda xəbərdarlıq edib.
 
Ümumdünya Humanitar Günü münasibətilə çıxış edən Liz Qrande, Yəmənin su təchizatı və kanalizasiyasının 50 faizinin tezliklə kəsiləcəyini söyləyib.
 
Yəmənin səhiyyə müəssisələrinin yarısını təşkil edən 189 xəstəxana və 2500 müalicə klinikası da bağlana bilər. Liz Qrande Yəməndə maliyyə mənbələrinin olmamasının təsirininin fəlakətli olmasını izah edərək, minlərlə uşağın xroniki və yoluxucu xəstəliklərdən ölə biləcəyini vurğuladı. Xatırladaq ki, Səudiyyə rejimi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən Yəmənə qarşı hərbi təcavüzü başlatdı və bu ölkəyə qurudan, dənizdən və havadan mühasirə etdi. Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndəki təcavüzü nəticəsində bu günə qədər 16 mindən çox yəmənli öldürülüb, on minlərlə insan yaralanıb, milyonlarla yəmənli evsiz qalıb. /Deyerler.org
 

Google+ WhatsApp ok.ru