BMT Yəməndə müharibənin bitməsinə çağırış edir

BMT Yəməndə müharibənin bitməsinə çağırış edir

BMT baş katibinin nümayəndəsi Yəməndəki müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb. "Quterreş, 1081 məhbusun dərhal sərbəst buraxılması ilə əlaqədar Yəməndəki münaqişə tərəfləri arasında imzalanan razılaşmanı alqışlayır", - deyə Antonio Quterreşin sözçüsü Stefan Dyujarrik deyib.
 
O, Yəməndəki bütün münaqişə tərəflərini, BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ilə iqtisadi və humanitar fəaliyyət göstərməyə və müharibəni sona çatdırmaq üçün hərtərəfli siyasi prosesi başlatmağa çağırıb.
 
 Martin Qriffits razılaşmanın uğurlu danışıqların mümkünlüyünə işarə etdiyini qeyd edərək, tərəflərin 1081 məhbusun sərbəst buraxılması barədə razılığa gəldiyini söyləyib. Səudiyyə rejimi, Birləşmiş Ştatların, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından etibarən Yəməni qurudan, dənizdən və havadan mühasirəyə alaraq hərbi təcavüzü başladıb. Yəməndəki müharibə nəticəsində 16 mindən çox Yəmənli öldürülərək, on minlərlə insan yaralanıb, milyonlarla yəmənli evsiz qalıb. /parstoday
 

Google+ WhatsApp ok.ru