BMT yuxudan ayılıb

İraq və Suriyadakı tarixi və mədəni abidələr dağıdıldıqdan sonra bəyanat veriblər

Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) İraq və Suriyadakı mədəniyyət irsinin qorunması üçün bütün ölkələri məsuliyyətli davranmağa çağırıb. Maide.az xəbər verir ki, bu təşkilat dünya ölkələrindən İraq və Suriyada "mühafizə altına alınmış bir mədəniyyət zonası" yaradılması üçün ciddi səy göstərmələrini istəyib.
 
YUNESKO sədri İrina Bokova İraq və Suriyanın mədəniyyət saytlarına qarşı hücumları pisləyib və bu iki ölkədə yaradılan qara bazarda tarixi əhəmiyyətə malik mədəni irsin məhv edildiyini deyib. Bokova, İŞİD bəhanəsi ilə bu iki ölkəyə qarşı hücumların da əslində İraq və Suriyadakı mədəni irsin qarət hədəfinin tərkib hissəsi olduğunu deyib.
 
Bokova belə danışıb: "Hamımız çox yaxşı bilirik ki, Yaxın Şərqdəki məsələləri hərbi əməliyyatlarla həll edə bilməzsiniz. Cahilliklərə qarşı ən təsirli mübarizə təhsildir. Zor dilini istifadə edərək, ancaq nifrəti yaya bilərsiniz. Biz buna qarşı mübarizə aparmalıyıq. Mədəni və tarixi irslər bəşəriyyətin ortaq dəyərləridir. Bunları qorumaq da hamımızın borcudur."

Google+ WhatsApp ok.ru