BNA-dan yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi

BNA-dan yağış xəbərdarlığı - Sürət həddi 20 km/saat endirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
 
Maide.Az bildirir ki, BNA-dan verilən məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
 
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.
 

Google+ WhatsApp ok.ru