`Boko-Haram` hədələdi: `Nigeriya paytaxtına hücum edəcəyik`

`Boko-Haram` hədələdi: `Nigeriya paytaxtına hücum edəcəyik`

"Boko-Haram" terror qruplaşması Nigeriyanın paytaxtı Abucaya hücum edəcəyi ilə hədələdi. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, özünü "Boko-Haram" üzvlərindən biri kimi tanıtdıran bir şəxs video müraciət yayıb və bildirib ki, Abuca şəhərində daha çox hücumlar və partlayışlar törədiləcək.
 
"Boko-Haram" terror qruplaşması Borno əyalətində əsasən fəaliyyət göstərir və Nigeriyanın paytaxtı bu qruplaşma üçün çox uzaq bir məsafədir.  
 
Qeyd edək ki, bir müddət öncə Nigeriya təhlükəsizlik orqanları "Boko-Haram" terror qruplaşmasının üzvlərinin Abuca şəhərində ABŞ və Britaniya səfirliklərinə hücumlarını zərərsizləşdirdiklərini demişdi. 
 
"Boko-Haram"  - Nigeriyanın radikal terror qruplaşmasıdır ki, 2009-ci ildən indiyədək Nigeriyada çoxlu cinayətlər törədib. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. "Boko-Haram"ın ölümcül hücumları nəticəsində indiyədək ən az 20 min nəfər həyatını itirib. 2.7 milyon nəfərdən çox insan evlərindən didərgin düşüb. 2015-ci ildən "Boko-Haram" İŞİD terror qruplaşmasına vəfadarlığını elan edib. /

Google+ WhatsApp ok.ru