Boko Haram Nigeriyada şiələrə hücum edib

Nigeriyada Boko Haram terrorçu qruplaşmasının komikadze  Əhli-Beyt (ə) aşiqlərinin əzadarlıq  mərasimində özünü partladıb, 23 nəfər şəhid olub. 
“Reuters”in Nigeriyadan verdiyi xəbərdə deyilir ki, bədəninə bomba sarımış intiharçı Tasua günü dini mərasim keçirən şiələrin arasına soxularaq, özünü partladıb. Nəticədə 23 nəfər şəhid olub. Hadisə bazar ertəsi Yobe şəhərində baş verib. Bu barədə hadisənin şahidləri olan nigeriyalılar agentliyə məlumat verib. 
 
Agentlik bildirir ki, intihar hücumun həyata keçirən şəxs mərasim iştirakçılarına qoşulmaq üçün Potiskum şəhərindən yola çıxıb. Həmin şəhər isə sünni  terror təşkilatı olan Boko Haram-ın xüsusən nüfuzlu olduğu yerdir. Yusif Abdullahi agentliyə bildirib. 
 
“Mən dəhşətli partlayış səsi eşitdim. Elə bil ki, partlayış mənim otağımın içində olmuşdu. Ancaq hadisə mənim yaşadığım evdən 200 metr kənarda baş vermişdi”, Yusif agentliyə deyib. İntiharçıya partlayışı törətməkdə yardımçı olmuş şəxs isə polis tərəfindən həbs olunub. musavat /
 
Qardaşı ölənlər arasında olan Məhəmməd Gana deyib ki, mən 23 nəfərin meyitini saydım. 
Agentlik qeyd edir ki, Boko Haram 5 ildir ki, Nigeriyada İslam dövləti qurmaq uğrunda müharibə aparır. Bunun nəticəsində minlərlə nigeriyalı terrorun qurbanı olub. Bu terror təşkilatı Afrikanın əhali baxımından ən böyük ölkəsi olan Nigeriyanın iqtisadiyyatını, xüsusən neft sektorunu tez-tez iflic edir. musavat  /

Google+ WhatsApp ok.ru