Boko Haram Nigeriya kəndlərinə hücum etdi: 85 nəfər həlak oldu

Nigeriya rəsmiləri elan edib ki, Boko Haram terror qruplaşması üzvlərinin son günlər kəndlərə hücumu nəticəsində 85 nəfər öldürülüb.
Maide.az xəbər verir ki, öldürülən şəxslərdən 75 nəfər bazar ertəsi və 10 nəfərin cənazəsi isə bazar günü dəfn olunub. Kəndlilərdən 16 nəfər isə itgin düşüb.
Qeyri –rəsmi məlumatlara görə, bu hücumlar zamanı ölənlərin sayı 100 –dən çoxdur.
Qeyd edək ki, indiyədək Boko Haram terror qruplaşmasının hücumları nəticəsində 17 min nəfərdən çox insan həlak olub, 26 milyon nəfər isə öz ev-eşiyindən didərgin düşüb. Boko Haram əsasən Nigeriya və onun qonşu ölkələrində öz cinayətlərini davam etdirir. Nigeriya, Çad, Kameron Boko Haram terror qruplaşması ilə mübarizə üçün koalisiya yaradıblar. /

Google+ WhatsApp ok.ru