Boliviyada leysan, daşqın

Boliviyada leysan, daşqın

-- 50 min nəfər xəsarət alıb

Boliviyada leysan və daşqınlar nəticəsində 50 minə yaxın insan xəsarət alıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, faktı Boliviyanın mülki müdafiə nazirinin müavini Karlos Bru da təsdiqləyib.
 
O qeyd edib ki, təqribən 50 min nəfər müxtəlif hava şəraitindən, yağış, sel, çaylarda daşqın, dolu, tufan və yolların dağıması səbəbindən xəsarət alıb.
 
Ən mürəkkəb vəziyyət Beni və Tarixa departamentlərində qeydə alınıb. Xilasetmə işlərinə hərbçilər də cəlb olunub.
 
Bununla belə, K.Bru bildirib ki, bir çox sakinlər təxliyədən imtina edirlər.
 
Ölkədə narıncı təhlükə səviyyəsi elan olunub.
 
Sinoptiklərin proqnozuna görə, yağıntılar ən azı həftəsonuna kimi davam edəcək.
 

Google+ WhatsApp ok.ru