Boliviyanın prezidenti: “Tramp bəşəriyyətin və planetin düşmənidir”

Boliviyanın prezidenti: “Tramp bəşəriyyətin və planetin düşmənidir”

Kubanın paytaxtı Havanada keçirilən 24-cü San Paulo Forumunda dünya miqyasında solçu partiya və ictimai hərəkatlardan iştirak edən 625 nümayəndə və qonaq arasında Venesuelanın prezidenti Nikolas Maduro və Bolliviyanın prezidenti Evo Morales də iştirak edib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, 2016-cı ildə vəfat edən Kuba inqilabının əfsanəvi lideri Fidel Kastronun şərəfinə keçirilən forumun son günündəki iclasda çıxış edən E.Morales, ABŞ-ın prezidenti Donald Trampı bəşəriyyətin və planetin düşməni kimi qiymətləndirib.
 
E.Morales edilməli olan ən mühüm şeyin bölgədəki ölkələrin imperializmə qarşı birləşmiş bir mövqe sərgiləməli olduğunu vurğulayıb: “İmperializmin hücumları və təxribatları olacaq, və biz birgə olmağa məcburuq. Latın Amerikasının imperializmə qarşı birliyini davam etdirərək, Fidel Kastroya olan hörmətimizi ən yaxşı şəkildə göstərə bilərik”.
 
Kubanın Latın Amerikadakı bütün inqilabların anası olduğunu deyən Morales, bu səbəblə Fidel Kastronun ideyalarının həmişəkindən vacib olduğunu qeyd edib.
 
Həmin iclasda söz alan Venesuelanın prezidenti N.Maduro da, ölkəsində baş verən ciddi problemlərdən danışıb. N.Maduro daxili və xarici təcavüzlərə məruz qaldıqlarını, burada baş rolda ABŞ hökuməti olduğunu deyib. “Dünyanın ən güclü imperiyasının hücumlarına və şiddətinə müqavimət göstərdik", - deyən N.Maduro, Vaşinqtonun ölkəsinin zəngin qızıl və neft mənbələrini ələ keçirmək istədiyini iddia edib.

Google+ WhatsApp ok.ru