Bolqarıstan baş nazirinin təyyarəsi qəza enişi edib

Bolqarıstan hökumətinə məxsus təyyarə Sofiya hava limanında qəza enişi edib.
 
İnsident Bolqarıstan baş naziri Boyko Borisovun başçılığı ilə nümayəndə heyətinin Brüsselə Avropa Şurasının iclasında iştirak etmək üçün yola düşərkən baş verib.
 
Havaya qalxandan sonra şassilərdən birinin yığılmadığı səbəbindən təyyarə yanacağı sərf etmək üçün bir saata yaxın hava limanı üzərində dövrə vurmalı olub. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Google+ WhatsApp ok.ru