Bolqarıstanda qrip epidemiyası

Bolqarıstanda qrip epidemiyası

Bolqarıstan ərazisinin yarısında qrip epidemiyası elan olunub.
 
Maide.Az "oxu.az"a isitnadən xəbər verir ki, Bolqarıstanın 14 bölgəsində xəstələrin sayının çox olması səbəbindən bu qərara gəlinib.
 
Bu və növbəti həftə ərzində epidemiyanın ən yüksək həddinə çatması gözlənilir: artıq altı nəfər ölüb ki, onlardan biri beş yaşlı uşaqdır.
 
Bu gündən etibarən Bolqarıstanın Xaskovsk əyalətində epidemiya elan olunub. Məktəblərdə dərslər yanvarın 28-dək təxirə salınıb.
 
Burqas şəhərində epidemiya bu həftə üç nəfərin ölümünə səbəb olub. Onların hər üçü yaşlı insanlar olub və müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkiblər. Həmçinin, onlar şəhər tibb müəssisələrinə gec çatdırılıblar.
 
Pomoriye şəhərində də 39 yaşlı xəstənin ölüm halı qeydə alınıb. O da digərləri kimi, Burqas xəstəxanasına gec çatdırılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru