Bolqarıstan Ortadoks Kilsəsi müsəlmanları qəbul etmir

Bolqarıstanda müsəlmanlara qarşı aqressiya artıb.
Maide.az IQNA-ya istinadən xəbər verir ki, Bolqarıstan Ortadoks Kilsəsinin açıqlamaları Avropada islamafobiyanın artmasına səbəb olan siyasətin bir parçasıdır.
Kilsə hətta hökümətin heç bir qaçqının Bolqarıstana girməsinə icazə verməməsini istəyib. Kilsə hesab edir ki, qaçqınların Avropaya sığınması işğaldır və bunun qarşısı alınmalıdır.
Amma hesaba alınmır ki, qırğınlar törədilər müsəlman ölkələrində terrorçulara dəstək verənlər də Avropa ölkələridir. Buradan belə çıxır ki, onlar qaçqınların öz ölkələrində qalaraq qırılmasının tərəfdarıdırlar.
İŞİD zülmündən qaçan suriyalılar da Bolqarıstana keçmədən Makdenoniya və Serbiya üzərindən Şimali Avropa ölkələrinə mühacirət edirlər.
Bolqarıstanın baş naziri Buyuko Bursiyev də qaçqınları qəbul etmək istəmir:
“Mən qorxuram. Bolqarıstan xalqı da qorxur. Biz xristiyan, onlar isə müsəlman”.
Qeyd edək ki, bu tərzdə dini ayrı-seçkiliyi özündə birləşdirən açıqlamaları daha öncə Avropanın əksər ölkələrinin rəsmiləri də dilə gətirib. Avropalılar bu qitəyə sığınan müsəlman qaçqınları “terrorçu”, “saatlı bomba”, “İslam işğalı” kimi təhqiredici və ayrı-seçkilik yaradan ifadələrlə adlandırırlar.
Məlumat üçün bildirək ki, Bolqarıstan əhalisinin 13 faizə yaxını müsəlmandır. Onların da əksəriyyəti türk əsilli və ya yeni müsəlmanlığı qəbul edənlərdir. /
 

Google+ WhatsApp ok.ru