Bolton: ‘Tramp ABŞ-dakı böhranın öhdəsindən gələ bilmir’

Bolton: ‘Tramp ABŞ-dakı böhranın öhdəsindən gələ bilmir’

“ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası nəticəsində yaranan böhranla mübarizə apara bilmir və mütəxəssislərin xəbərdarlığına vaxtında qulaq asmır”.
 
Bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “CNN” telekanalına verdiyi müsahibədə deyib.
 
“Yanvar ayından etibarən Ağ Evin məsləhətçiləri problemin böyüklüyünü anlamağa başlayanda çox uyğunsuz bir siyasət aparıldı. Bu hərtərəfli strategiyanın bir hissəsi ola bilməzdi.
 
Yerli və ştat səviyyələrində səlahiyyətlər infeksiyanın yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər gördü, ancaq federal səviyyədə pandemiyaya qarşı reaksiya ardıcıl deyildi. Mütəxəssislər yanvarın əvvəlində həyəcan təbili çaldığı zaman prezident Tramp sanki pis xəbər eşitmək istəmirdi”. /Report

Google+ WhatsApp ok.ru